Gürcüstanda daha 60 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 60 nəfər COVID-19-dan ölüb
# 15 sentyabr 2021 10:34 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 515 yoluxma halı qeydə alınıb, 60 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 587 551, xəstəlikdən ölənlərin sayı isə 8 347 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 551 780 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR