Gürcüstanda daha 62 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 62 nəfər COVID-19-dan ölüb
# 05 noyabr 2021 10:37 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 340 yoluxma halı qeydə alınıb, 62 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 743 511, xəstəlikdən ölənlərin sayı isə 10 300 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 681 919 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR