Gürcüstanda daha 74 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 74 nəfər COVID-19-dan ölüb
# 08 noyabr 2021 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 191 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 755 046, ölənlərin sayı isə 10 509 nəfərə çatıb. Virusa yoluxanlardan 693 129 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR