Gürcüstanda elektrik enerjisinin təminatında fasilə yaranıb

Gürcüstanda elektrik enerjisinin təminatında fasilə yaranıb
# 14 iyun 2021 15:54 (UTC +04:00)

Gürcüstanın bəzi rayonlarında və paytaxt Tbilisinin bir hissəsində elektrik enerjisinin təminatında fasilə yaranıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə “Gürcüstan Dövlət Elektrik Sistemi” məlumat yayıb.

Məlumata əsasən, fasiləyə səbəb 500 kilovatlıq “İmereti” elektrik ötürücü xəttində və “İnquri” SES-də yaranmış qəza olub. Bildirilib ki, hazırda fəaliyyəti dayanmış “İnquri” stansiyasının dörd bölməsindən birinin fəaliyyəti bərpa edilib və qəzanın nəticələri aradan qaldırılmağa başlanılıb.

Qeyd edək ki, Tbilisidə metro stansiyalarının fəaliyyətində gecikmələr yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR