Gürcüstanda hərbi həkimlər COVID-19 əleyhinə vaksinasiya prosesinin aparılmasında iştirak edəcək

Gürcüstanda hərbi həkimlər COVID-19 əleyhinə vaksinasiya prosesinin aparılmasında iştirak edəcək
# 16 avqust 2021 17:36 (UTC +04:00)

Gürcüstanda hərbi həkimlər yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya prosesinin aparılmasında iştirak edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərarı Gürcüstan Baş naziri İrakli Qaribaşvili imzalayıb. Qərara əsasən, ölkə Konstitusiyasının və Fövqəladə Hallar Haqqında Qanunun müvafiq maddələri rəhbər tutularaq silahlı qüvvələrin tərkibində fəaliyyət göstərən həkimlər vaksinasiya prosesinin effektiv aparılmasında iştirak edəcəklər.

Qeyd edək ki, son günlərdə Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb, ölkədə aktiv yoluxma hallarının sayı 55 mini ötüb. Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar xəstəxanalarda çarpayı və həkim çatışmazlığı riski yaranıb.

Bu gün Tbilisinin Diqomi massivində yerləşən olimpiya kəndindəki idman zallarından birində 500 çarpayılıq səhra xəstəxanası yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR