Gürcüstanda ictimai nəqliyyatın hərəkəti bərpa edilib

Gürcüstanda ictimai nəqliyyatın hərəkəti bərpa edilib
# 13 sentyabr 2021 09:33 (UTC +04:00)

Gürcüstanda ictimai nəqliyyatın hərəkəti bərpa edilib.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar ölkə Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib. Qərara əsasən, bu gündən ölkə ərazisində şəhərdaxili avtobusların və metronun fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar şəhərlərarası daşımalar istisna olmaqla ictimai nəqliyyatın fəaliyyəti avqustun 14-dən məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR