Gürcüstanda İŞİD-in 5 üzvü saxlanılıb

Gürcüstanda İŞİD-in 5 üzvü saxlanılıb
# 24 avqust 2021 15:33 (UTC +04:00)

Gürcüstanda İŞİD terror təşkilatının 5 üzvü saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Bildirilib ki, qurumun Antiterror Mərkəzinin əməkdaşlarının Pankisidə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD-in üzvü olan 5 Gürcüstan vətəndaşı saxlanılıb.

Saxlanılan şəxslərin Suriyadakı terror düşərgəsinə səfər etməyi planlaşdırdıqları müəyyən edilib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatlarına üzvlük maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR