Gürcüstanda koronavirus xəstələri ilə əlaqədar səhra xəstəxanaları açıla bilər

Gürcüstanda koronavirus xəstələri ilə əlaqədar səhra xəstəxanaları açıla bilər
# 14 noyabr 2021 15:05 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının artması ilə əlaqədar xəstəxana sektorunun yüklənməsi son həddə çatıb.
APA-nın xəbərinə görə, bunu Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamkrelidze bildirib.
Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzin rəhbəri nəzərə çatdırıb ki, hazırda xəstəxanalarda COVİD-19-dan 6 838 nəfər müalicə alır. Xəstəxanalarda cəmi 1 717 boş çarpayı qalıb, böyük şəhərlərdə xəstəxanalar artıq dolub. Amiran Qamkrelidze deyib ki, söhbət tək çarpayılardan deyil, həm də xəstələrə qulluq edən həkimlər, tibb bacıları və tibb qardaşlarından gedir. O, yaxın vaxtlarda Gürcüstanda koronavirus xəstələri ilə əlaqədar səhra xəstəxanaları açılacağını da istisna etməyib: “Əgər ölkədə gündəlik yoluxma 4-5 minə çatarsa, xəstəxanalarda yer qalmayacaq. Bu halda səhra xəstəxanalarını açmaq lazım olacaq”.
Amiran Qamkrelidze bir daha əhalini vaksinasiyaya çağırıb, peyvəndlərin tək ölüm deyil, xəstəliyi ağır keçirməkdən qorunmağa da kömək etdiyini vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda son sutka ərzində COVID-19-a 3 700 yoluxma halı qeydə alınıb, 81 nəfər ölüb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 784 091, ölənlərin sayı isə 10 975 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR