Gürcüstanda koronavirusa yoluxanların sayı 345 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 345 mini keçib
# 01 iyun 2021 10:53 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 233 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 345 196, ölənlərin sayı isə 4 804 nəfərə çatıb. Virusa yoluxanlardan 328 420 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR