Gürcüstanda koronavirusa yoluxanların sayı 381 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 381 mini keçib
# 14 iyul 2021 10:52 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1663 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 381 336, ölənlərin sayı isə 5 492 nəfərə çatıb. Virusa yoluxanlardan 361 327 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR