Gürcüstanda koronavirusa yoluxanların sayı 387 481 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 387 481 nəfərə çatıb
# 18 iyul 2021 11:11 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1286 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 387 481, ölənlərin sayı isə 5 551 nəfərə çatıb.

Virusa yoluxanlardan 365 019 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR