Gürcüstanda koronavirusa yoluxanların sayı 545 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 545 mini keçib
# 30 avqust 2021 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 915 yoluxma halı qeydə alınıb, 78 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 545 033, ölənlərin sayı isə 7 329 nəfərə çatıb. Virusa yoluxanlardan 488 661 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR