Gürcüstanda koronavirusa yoluxanların sayı 581 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 581 mini ötüb
# 13 sentyabr 2021 10:37 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 946 yoluxma halı qeydə alınıb, 48 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 581 815 ölənlərin sayı isə 8 233 nəfərə çatıb. Virusa yoluxanlardan 545 961 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR