Gürcüstanda koronavirusa yoluxanların sayı 613 mini ötüb       

Gürcüstanda koronavirusa yoluxanların sayı 613 mini ötüb       
# 30 sentyabr 2021 10:30 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 743 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 613 012, ölənlərin sayı isə 8 946 nəfərə çatıb. Virusa yoluxanlardan 585 071 (95%) nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR