Gürcüstanda koronavirusa yoluxanların sayı yarım milyonu ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı yarım milyonu ötüb
# 19 avqust 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 921 yoluxma halı qeydə alınıb, 58 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 501 297, xəstəlikdən ölənlərin sayı isə 6 590 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 436 977 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR