Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 mini ötüb
# 30 oktyabr 2021 10:35 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 610 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 715 865, ölənlərin sayı isə 10 003 nəfərə çatıb. Virusa yoluxanlardan 655 129 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR