Gürcüstanda koronavirusdan ölənlərin sayı 8 mini ötüb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 8 mini ötüb
# 09 sentyabr 2021 10:38 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 455 yoluxma halı qeydə alınıb, 58 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 572 948, ölənlərin sayı isə 8 035 nəfərə çatıb. Virusa yoluxanlardan 531 764 nəfərin (92%) sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR