Gürcüstanda koronavirusdan ölənlərin sayı 9 162 nəfərə çatıb

Tbilisi şəhəri

© APA | Tbilisi şəhəri

# 07 oktyabr 2021 10:50 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 228 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 626 058, ölənlərin sayı isə 9 162 nəfərə çatıb.

Virusa yoluxanlardan 596 380 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR