Gürcüstanda məktəb və bağçaların fəaliyyəti bərpa edilib

Gürcüstanda məktəb və bağçaların fəaliyyəti bərpa edilib
# 04 oktyabr 2021 09:01 (UTC +04:00)

Bu gündən bütün Gürcüstan ərazisində məktəblərdə əyani dərs prosesi bərpa edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, dərslərin siniflərdə ölkənin Səhiyyə Nazirliyinin müəyyən etdiyi tibbi protokola uyğun davam etdirilməsinə icazə verilib. Bununla yanaşı, dərs zamanı məktəblilərə tibbi maskadan istifadə məcburi olacaq.

Eyni qərarla bu gündən etibarən dövlət və özəl bağçalarının da fəaliyyəti bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR