Gürcüstanda məktəblərdə əyani tədris bərpa edilir

Gürcüstanda məktəblərdə əyani tədris bərpa edilir
# 28 sentyabr 2021 16:38 (UTC +04:00)

Oktyabrın 4-dən Gürcüstanda məktəblərdə əyani tədris bərpa ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin nümayəndəsi Giorgi Qibradze Qurumlararası Koordinasiya Şurasının İclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

O qeyd edib ki, həmin tarixdən etibarən məktəbəqədər hazırlıq dərslərinin və uşaq əyləncə mərkəzlərinin fəaliyyətinin bərpa edilməsinə də icazə veriləcək.

Gürcüstanın təhsil naziri Mixeil Çxenkeli bildirib ki, məktəblərdə qaydalara və tibbi protokollara ciddi şəkildə riayət olunacaq və bütün şagirdlərdən tibbi maska taxmaq tələb ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR