Gürcüstanda milli soyad sonluqları qanunu ilə bağlı toplanan imzalar parlamentə təqdim edilib

"Salam" platforması

© APA | "Salam" platforması

# 27 sentyabr 2021 10:53 (UTC +04:00)

Gürcüstanda "Salam" platformasının təşəbbüsü ilə bu ölkədə yaşayan azərbaycanlılara milli soyad sonluqlarının bərpa edilməsinə icazə verən qanun layihəsinin qəbul edilməsi məqsədi ilə toplanan imzalar parlamentə təqdim edilib.

APA-nın yerli bürosu xəbər verir ki, platforma üzvlərinin topladığı 27 mindən çox imza bu gün parlamentin "Prosedurlar və qaydalar" komitəsinə təqdim olunub.

Yoxlanan imzalar daha sonra "İnsan haqları" komitəsinə göndəriləcək və parlamentdə üç dəfə səsə qoyulacaq. Təklif qəbul edilərsə bu ölkədə yaşayan milli azlıqlara qeyri-autentik soyad sonluqlarından imtina, milli soyad sonluqlarını qəbul etmək hüququ veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR