Gürcüstanda NATO Hərbi Komitəsinin plenar sessiyası keçiriləcək

Gürcüstanda NATO Hərbi Komitəsinin plenar sessiyası keçiriləcək
# 04 oktyabr 2021 18:27 (UTC +04:00)

7-8 oktyabr tarixlərində Gürcüstanda NATO Hərbi Komitəsinin dördüncü plenar sessiyası keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni sədr Admiral Rob Bauerin rəhbərliyi ilə Hərbi Komitə Gürcüstana səfər edəcək.

“NATO-nun ən ali hərbi orqanının rəsmi səfəri onun Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, müstəqilliyinə və Avro-Atlantik hədəflərinə sarsılmaz dəstəyini bir daha vurğulayır”, - nazirliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR