Gürcüstanda növbəti tədris ili distant qaydada olacaq

Gürcüstanda növbəti tədris ili distant qaydada olacaq
# 27 avqust 2021 17:14 (UTC +04:00)

Bu il Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə məktəb və universitetlərdə yeni dərs ilinə distant qaydada başlanılması planlaşdırılır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ənənəvi dərsləri bərpa etmək təhsil müəssisələri işçilərinin 80%-nin peyvəndlənməsindən və yoluxma nisbətinin 4%-dən aşağı düşməsindən sonra mümkün olacaq.

A. Qamkrelidze koronavirusun “Delta” ştammının gənclər arasında sürətlə yayıldığını, bu səbəbdən də epidemioloji vəziyyət düzələnədək tədris prosesinin distant qaydada təşkil edilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR