Gürcüstanda onlayn kazinoların fəaliyyəti qadağan ediləcək

Gürcüstanda onlayn kazinoların fəaliyyəti qadağan ediləcək
# 22 noyabr 2021 11:29 (UTC +04:00)

Gürcüstanda onlayn kazinoların fəaliyyəti qadağan ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

O deyib ki, hökumət kazinoların fəaliyyəti ilə bağlı iki mərhələdən ibarət qərarlar qəbul edəcək. Birinci mərhələdə onlayn kazinolara tətbiq edilən vergilər artırılacaq, yaş limiti 25-ə çatdırılacaq və bu kazinoların reklam edilməsi qadağan ediləcək.

Baş nazirin sözlərinə görə, ikinci mərhələdə isə onların fəaliyyəti tamamilə dayandırılacaq. İ. Qaribaşvili qeyd edib ki, əksəriyyəti xarici şirkətlərə məxsus bu cür kazinolar vasitəsilə Gürcüstan vətəndaşlarına məxsus külli miqdarda maliyyə vəsaiti ölkə xaricinə axır.

Hökumət başçısı vurğulayıb ki, parlament məsələ ilə bağlı aktiv şəkildə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR