Gürcüstanda səhra xəstəxanalarına koronavirus xəstələrinin qəbuluna başlanılıb

Gürcüstanda səhra xəstəxanalarına koronavirus xəstələrinin qəbuluna başlanılıb
# 20 avqust 2021 13:36 (UTC +04:00)

Gürcüstanda səhra xəstəxanalarına koronavirus xəstələrinin qəbuluna başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən gecə Tbilisinin Diqomi massivində yaradılmış səhra xəstəxanasının fəaliyyətə başlaması zəruri olub və xəstəliyi mülayim keçirən bir neçə xəstə qəbul edilib. Nazir müavini xəstələrin 2-3 gün səhra xəstəxanasında müalicə alacaqlarını və daha sonra hotel və ya digər xəstəxanalarda müalicələrinə davam edəcəklərini vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun avqust ayının əvvəlindən davam edən dördüncü dalğası nəticəsində aktiv xəstələrin sayı 65 mini ötüb. Bu, xəstəxanalarda çarpayı çatışmazlığının yaranmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR