Gürcüstanda son iki gündə koronavirusdan 26 nəfər ölüb

Gürcüstanda son iki gündə koronavirusdan 26 nəfər ölüb
# 05 iyul 2021 13:50 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 838 yoluxma halı qeydə alınıb, son iki gün ərzində isə 26 nəfər xəstəlikdən ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib.

Bununla da, qonşu ölkədə koronavirusa yoluxanların sayı 369 886, ölənlərin sayı isə 5 373 nəfərə çatıb.

Virusa yoluxanlardan 355 127 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR