Gürcüstanda son sutka COVID-19-a 2 669 yoluxma halı qeydə alınıb, 76 nəfər ölüb

Gürcüstanda son sutka COVID-19-a 2 669 yoluxma halı qeydə alınıb, 76 nəfər ölüb
# 29 avqust 2021 10:55 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 669 yoluxma halı qeydə alınıb, 76 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 543 118, ölənlərin sayı isə 7 251 nəfərə çatıb. Virusa yoluxanlardan 482 732 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR