Gürcüstanda son sutka ərzində 42 nəfər koronavirusdan ölüb 

Gürcüstanda son sutka ərzində 42 nəfər koronavirusdan ölüb 
# 23 oktyabr 2021 10:52 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 467 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 688 804, ölənlərin sayı isə 9 699 nəfərə çatıb.

Virusa yoluxanlardan 626 478 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR