Gürcüstanda son sutkada 1071 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 1071 nəfər koronavirusa yoluxub
# 22 may 2021 10:52 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1071 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 336 840, ölənlərin sayı isə 4 602 nəfərə çatıb. Virusa yoluxanlardan 317 069 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR