Gürcüstanda son sutkada COVID-19-a 1655 yoluxma qeydə alınıb, 23 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-a 1655 yoluxma qeydə alınıb, 23 nəfər ölüb
# 02 avqust 2021 10:45 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 655 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 423 843, ölənlərin sayı isə 5 876 nəfərə çatıb. Virusa yoluxanlardan 386 998 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR