Gürcüstanda son sutkada COVID-19-a 1862 yoluxma qeydə alınıb, 11 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-a 1862 yoluxma qeydə alınıb, 11 nəfər ölüb
# 13 iyul 2021 11:04 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1862 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 379 673, xəstəlikdən ölənlərin sayı isə 5 479 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 360 558 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR