Gürcüstanda son sutkada COVID-19-a 352 yoluxma qeydə alınıb, 9 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-a 352 yoluxma qeydə alınıb, 9 nəfər ölüb
# 28 iyun 2021 11:20 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 352 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 363 874, xəstəlikdən ölənlərin sayı isə 5 275 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 350 466 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR