Gürcüstanda son sutkada koronavirusa 2 796 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 2 796 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb
# 29 iyul 2021 11:18 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 796 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 413 626, ölənlərin sayı isə 5 768 nəfərə çatıb. Virusa yoluxanlardan 379 685 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR