Gürcüstanda son sutkada koronavirusa 311 yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 311 yoluxma qeydə alınıb
# 14 iyun 2021 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 311 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 354 276, xəstəlikdən ölənlərin sayı isə 5 060 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 340 328 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR