Gürcüstanda son sutkada koronavirusa 833 yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 833 yoluxma qeydə alınıb
# 03 iyun 2021 10:54 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 833 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 346 983, xəstəlikdən ölənlərin sayı isə 4 853 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 330 721 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR