Gürcüstanda son sutkada koronavirusdan 14 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 14 nəfər ölüb
# 10 iyun 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 705 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 351 954, ölənlərin sayı isə 4 996 nəfərə çatıb.

Virusa yoluxanlardan 337 023 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR