Gürcüstanda son sutkada koronavirusdan 22 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 22 nəfər ölüb
# 12 iyun 2021 10:53 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 794 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 353 443, ölənlərin sayı isə 5 034 nəfərə çatıb. Virusa yoluxanlardan 338 318 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR