Gürcüstanda son sutkada koronavirusdan 30 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 30 nəfər ölüb
# 02 iyun 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 954 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 346 150-ə, ölənlərin sayı isə 4 834 nəfərə çatıb. Virusa yoluxanlardan 329 516 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR