Gürcüstanda son sutkada koronavirusdan 38 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 38 nəfər ölüb
# 05 avqust 2021 10:55 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 670 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 436 573, ölənlərin sayı isə 5 986 nəfərə çatıb. Virusa yoluxanlardan 393 453 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR