Gürcüstanda son sutkada koronavirusdan 40 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 40 nəfər ölüb
# 04 dekabr 2021 11:27 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 950 yoluxma halı qeydə alınıb, 40 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 861 833, ölənlərin sayı isə 12 298 nəfərə çatıb. Virusa yoluxanlardan 801 864 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR