Gürcüstanda son sutkada koronavirusdan 79 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 79 nəfər ölüb
# 26 avqust 2021 10:38 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 128 yoluxma halı qeydə alınıb, 79 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 532 171, xəstəlikdən ölənlərin sayı isə 7 028 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 468 917 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR