Gürcüstanda son sutkada koronavirusdan 86 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 86 nəfər ölüb
# 03 sentyabr 2021 10:41 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 034 yoluxma halı qeydə alınıb, 86 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 559 943, ölənlərin sayı isə 7 649 nəfərə çatıb.

Virusa yoluxanlardan 506 486 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR