Gürcüstanda sutkalıq yoluxma sayı 5 mini ötüb

Gürcüstanda sutkalıq yoluxma sayı 5 mini ötüb
# 23 noyabr 2021 10:29 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 085 yoluxma halı qeydə alınıb, 62 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 819 182, ölənlərin sayı isə 11 615 nəfərə çatıb. Virusa yoluxanlardan 759 657 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR