Gürcüstanda vaksinasiyaya təşviq lotereyası keçiriləcək

Gürcüstanda vaksinasiyaya təşviq lotereyası keçiriləcək
# 07 sentyabr 2021 14:14 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiyaya təşviq lotereyası keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Qururmlararası Koordinasiya Şurasının nümayəndəsi Giorgi Qibradze hökumət administrasiyasının iclasından sonra keçirdiyi brifinqdə məlumat verilib.

Gələn həftənin bazar ertəsindən başlayacağı bildirilən lotereyanın ümumi mükafat fondunun 2.8 milyon lari (1.53 milyon manat) təşkil edəcəyi bildirilib. Qeyd olunub ki, vaksin olunan vətəndaşlar ilin sonunadək gündəlik, həftəlik və illik keçiriləcək lotereya oyunlarında iştirak edə biləcəklər.

Qeyd edək ki, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin açıqladığı statistikaya əsasən sentyabrın 6-dək ölkədə 1 326 033 doza COVID-19 vaksini tətbiq edilib, 845 420 nəfərə vaksinin ilk dozası, 489 194 nəfərə isə hər iki dozası vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR