Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başa çatıb

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başa çatıb
# 02 oktyabr 2021 20:00 (UTC +04:00)

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, səhər saat 08:00-da başlayan səsvermə prosesi saat 20:00-da seçki məntəqələrinin səslərin sayılması üçün bağlanması ilə başa çatıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-dək qeydə alınan seçici fəallığı 41.35% (1 446 218 seçici) təşkil edib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hakim “Gürcü Arzusu” partiyasının bütün bələdiyyələrdə inandırıcı qələbə qazanacağını və sabiq Prezident Mixeil Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyasının isə bu seçkilərlə yıxıldığını deyib.

45 nəfərlik müşahidəçi ilə seçkilərdə iştirak edən ABŞ səfirliyi səslərin sayılması və elan edilməsi prosesinin şəffaf və dinc şəkildə baş tutmasını gözlədiyini bəyan edib.

Qeyd edək ki, səsvermə zamanı azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun mərkəzində və bəzi kəndlərində bıçaqlanma hadisəsi da daxil olmaqla bir neçə insident qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR