Gürcüstanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

© APA | Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

# 01 iyun 2021 09:41 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, İ. Qaribaşvili səfəri çərçivəsində Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Təkbətək görüşdən sonra tərəflər arasında geniş tərkibdə görüş baş tutacaq. Görüşdən sonra hökumət başçıları mətbuata birgə açıqlama verəcəklər.

Gürcüstan Baş nazirini səfərdə müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Acarıstan Muxtar Respublikasının hökumət nümayəndələri müşayət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR