Gürcüstanın Baş naziri bu gün Ukraynaya gedir

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 21 avqust 2021 09:36 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ukraynaya səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, üç gün davam edəcək səfər çərçivəsində İ. Qaribaşvili avqustun 21-də ukraynalı həmkarı Denis Şmıqal, avqustun 22-də isə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Baş nazirin Ukrayna Ali Radasının sədri Dmitri Razumkov ilə görüşü də planlaşdırılıb.

Məlumatda qeyd olunub ki, İ. Qaribaşvili avqustun 23-də digər ölkələrin liderləri ilə birlikdə Krım Platformasının sammitində iştirak edəcək.

Qeyd edək ki, səfərdə Gürcüstan Baş nazirini onun müavini, xarici işlər naziri David Zalkaliani, müdafiə naziri Cuanşer Burçuladze və hökumət administrasiyasının rəhbəri İlia Darçiaşvili müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR