Gürcüstanın Baş naziri: “Effektiv əməkdaşlıq regionda sabitlik üçün yeganə yoldur”

Əbdülhəmit Gül, İrakli Qaribaşvili

© APA | Əbdülhəmit Gül, İrakli Qaribaşvili

# 15 sentyabr 2021 16:15 (UTC +04:00)

Regiondakı yeni reallıqlar və hadisələr nəzərə alındıqda effektiv əməkdaşlıq qonşu dövlətlərin təhlükəsizliyi, sabitliyi və davamlı inkişafı üçün yeganə yoldur.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə rəsmi səfərdə olan Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gülü qəbul edərkən deyib.

İ. Qaribaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin Avro-Atlantik məkana inteqrasiyasına verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Baş nazir Türkiyə və Gürcüstan arasında siyasi və iqtisadi əməkdaşlığın, eyni zamanda, Türkiyə ilə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR