Gürcüstanın Rustavi avtomobil bazarındakı yanğın söndürülüb - FOTOLENT - VİDEO - YENİLƏNİB

Gürcüstanın Rustavi avtomobil bazarındakı yanğın söndürülüb - FOTOLENT  - VİDEO  - YENİLƏNİB
# 06 iyun 2021 16:56 (UTC +04:00)

Rustavidə, maşın bazarı ərazisində binalardan birində baş verən yanğın söndürülüb.

APA bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.

Saat 16:02

Xəbərə fotolar və video əlavə edilib:

Saat 15:49

Gürcüstanın Rustavi şəhərindəki maşın bazarında yerləşən kafedə yanğın baş verib. APA-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb edilib.

Yaxınlıqdakı avtomobillərə sıçrayan yanğın bir neçə maşını yararsız hala salıb. Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR