Hayko Maas: “Almaniya dünya siyasətində uğur qazanmağa tam qadirdir”

Hayko Maas

© APA | Hayko Maas

# 23 noyabr 2021 13:54 (UTC +04:00)

“Almaniyanın xarici siyasəti aydın şəkildə müəyyən edilmiş maraqlara əsaslanan və onlara uyğun gələn daha real xarici siyasət məqsədlərinə yönəlməlidir”.

APA-nın xəbərinə görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas Berlin Forumunda çıxışı zamanı deyib.

O bəyan edib ki, illüziyalara qalib gəlməyin vaxtıdır.

“Dünya siyasəti hazırda daha çox rəqabətin, eyni zamanda, milli dövlətlər arasında daha çox əməkdaşlığın müşahidə olunduğu “transformasiya mərhələsinin” bir hissəsidir. Almaniya yaxşı təchiz olunub və belə mühitdə uğur qazanmağa tam qadirdir. Almaniyanın xarici siyasəti daxili siyasətimizin davamı olmamalıdır, əks halda biz nəcib alman ambisiya və istəklərinin geosiyasi reallıqlarla toqquşması riski ilə üzləşirik”, - Almaniya XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR